BMU müəlliminə elmi dərəcə verilib
3 noyabr 2026
Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müəllimi Ramiz Nəcəfliyə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Ramiz Nəcəfli “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.