BMU əməkdaşına elmi ad verilib
5 yanvar 2026
Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının müəllimi Ülkər Abdurəhmanovaya elmi ad verilib.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə (Bərk cisimlər fizikası ixtisası üzrə) dosent elmi adına layiq görülüb.
BMU müəllimini bu münasibətlə təbrik edir, ona elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!