BMU əməkdaşlarının məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda

12 noyabr 2026
BMU əməkdaşlarının məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin dekanı, dosent  Asif Quliyevin və dekan müavini, dosent Vurğun Qəhrəmanovun həmmüəllifi olduğu elmi məqalə Scopus bazasında indekslənən, Q1 kateqoriyalı “International Journal of Hydrogen Energy”  jurnalında açıq giriş formatında nəşr olunub. 

 

"Multiscale Modeling of Coupled Hydrogen Diffusion and Degradation in Porous Powder Materials Accounting for Trap Saturation Kinetics" (“Tələlərin doyma kinetikası nəzərə alınmaqla məsaməli toz materiallarında hidrogenin diffuziyası və deqradasiyasının əlaqəli çoxmiqyaslı modelləşdirilməsi”) adlı tədqiqatda PEM elektrolizatorlarında istifadə olunan sinterlənmiş məsaməli materiallarda hidrogenin diffuziyası və zədələnməsi üçün qeyri-xətti çoxmiqyaslı hesablama modeli işlənilib. Nəticələr göstərir ki, mikrostruktur tələlərin doyması hidrogen daşınmasının zədələnmə cəbhəsinə keçidinə səbəb olur. Bu isə elektrolizator yığınının səmərəliliyini 25–40 % azaldır, istismar müddətini isə təxminən 50 % qısaldır. Mikrostrukturun optimal layihələndirilməsi hidrogenin gətirilmiş istehsal dəyərini (LCOH) nəzəri olaraq 22–37 % aşağı sala bilər.

 

Tədqiqatın nəticələri hidrogen energetikası, materialşünaslıq və toz metallurgiyası sahələrində praktiki əhəmiyyət daşıyır. Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür: 

 

Scopus:


https://www.scopus.com/pages/publications/105053455842

 

DOI:


https://doi.org/10.1016/j.ijhydene.2026.157999

BMU əməkdaşlarının məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda | BEU