BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq fürsəti!
3 sentyabr 2026
Bakı Mühəndislik Universitetinin magistrantları üçün Çin Xalq Respublikasında 100 faiz təqaüd hesabına təhsil almaq imkanı yaradılıb.
Ayrılmış 5 təqaüd yeri üzrə namizəd olmaq istəyən BMU magistrantları aşağıdakı tələblərə cavab verməlidirlər:
- ÜOMG (GPA): 4.0 şkalası üzrə 3.0 və ya daha yüksək
- İngilis dili: B səviyyəsi və ya daha yüksək
Proqram əhatə etdiyi ixtisaslar:
▪️ Memarlıq
▪️ İnşaat mühəndisliyi
▪️ Ekologiya mühəndisliyi
▪️ İnformasiya texnologiyaları
▪️ Mexanika mühəndisliyi
Tələb olunan əsas sənədlər:
1. İngilis dilində CV
2. Bakalavriat səviyyəsi üzrə tam akademik transkript və rəsmi ingilis dili tərcüməsi
3. Pasportun məlumat səhifəsinin skan edilmiş surəti
4. Bakalavr diplomu və məzuniyyət haqqında şəhadətnamə və tələb olunduğu halda rəsmi ingilis dili tərcüməsi
5. İngilis dili biliyini təsdiq edən sənəd – IELTS, TOEFL və ya ekvivalent sertifikat
6. Tələbə məlumat forması və aktual pasport ölçülü fotoşəkil
7. Tövsiyə məktubu
Son müraciət tarixi: 8 sentyabr
Sənədlər BMU-nun Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməlidir:
Ətraflı məlumat: 050 454-34-84
Bu təqaüd proqramı BMU magistrantlarının beynəlxalq akademik mühitə inteqrasiyası, xarici ali təhsil müəssisələrində təhsil və tədqiqat imkanlarının genişləndirilməsi, eləcə də BMU ilə Çin universitetləri arasında strateji akademik əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı baxımından mühüm imkan yaradır.