BMU-da “Zəfər Liqası” adlı intellektual yarış
2 noyabr 2026
Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Zəfər Liqası” adlı intellektual yarış keçirilib.
Açılışda bildirilib ki, bu cür təşəbbüslər tələbələrin intellektual inkişafı, milli-mənəvi dəyərlərə bağlılığının artırılması və gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yarışda iştirak edən komandalar Qarabağ müharibəsinin qəhrəmanlıq tarixini və Zəfər ruhunu əks etdirən adlarla çıxış ediblər. İştirakçılar Vətən müharibəsi, tarixi hadisələr və ümumi dünyagörüşü ilə bağlı sualları cavablandıraraq bilik və hazırlıqlar səviyyələrini sərgiləyiblər.
Tələbələrin böyük həvəslə iştirak etdiyi yarış onların çevik düşünmə və komanda şəklində qərarvermə bacarıqlarının inkişafı baxımından da maraqlı platforma olub. Eyni zamanda, yarış iştirakçılar arasında birlik və həmrəylik mühitinin formalaşmasına, tələbə fəallığının artırılmasına töhfə verib.




