BMU-da Zəfərə həsr olunan intellektual yarışın qalibləri mükafatlandırılıb

11 noyabr 2026
BMU-da Zəfərə həsr olunan intellektual yarışın qalibləri mükafatlandırılıb

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan “Zəfər Liqası” adlı intellektual yarışın yekunlarına həsr olunan tədbir keçirilib. 

 

“Dəmir Yumruq” adlı tədbirdə çıxış edənlər Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında milli birlik və həmrəyliyin rolundan bəhs ediblər. Vətənpərvərlik hissinin, dövlətçilik dəyərlərinə sədaqətin, gənc nəslin ölkəmizin tarixini, milli kimliyini və xalqımızın qəhrəmanlıq salnaməsini dərindən öyrənməsinin vacibliyi vurğulanıb. Eyni zamanda tarixi irsimizə və milli-mənəvi dəyərlərimizə sahib çıxmağın, milli birliyi və həmrəyliyi qorumağın əhəmiyyəti qeyd olunub. Bu kimi tədbirlərin tələbələrin vətənpərvərlik ruhunda formalaşmasına və milli dəyərlərə bağlılığının möhkəmlənməsinə töhfə verdiyi bildirilib.  

 

Daha sonra Azərbaycanın tarixi Zəfərini və xalqımızın qəhrəmanlıq salnaməsini əks etdirən qısametrajlı film nümayiş olunub. Tədbirin davamında intellektual yarışın qalibləri mükafatlandırılıb.  

 

Tədbir bədii proqramla başa çatıb.  

BMU-da Zəfərə həsr olunan intellektual yarışın qalibləri mükafatlandırılıb | BEU