BMU-da “Tələbə Günü” tədbiri təşkil olunub
20 mart 2026
Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən XXI əsr klubu tərəfindən “Tələbə Günü” adlı tədbir təşkil olunub.
Novruz bayramı münasibətilə keçirilən tədbirdə THİK sədri Əli Hüseynov, klubun sədri Əhmədnuri Əlizadə çıxış edərək belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliği ilə yanaşı, tələbələrin bir araya gələrək qarşılıqlı anlaşma və dostluq münasibətlərini inkişaf etdirməsində mühüm rolundan danışıblar.
Tədbir çərçivəsində Novruz adət-ənənələrini əks etdirən çıxışlar, səhnəciklər nümayiş olunub, müxtəlif oyunlar və müsabiqələr keçirilib. Eyni zamanda, tələbələrin ifasında musiqi və rəqs nömrələri təqdim olunub, milli mətbəx nümunələri sərgilənib.
Tədbir milli irsin qorunması və tələbələrin sosial fəallığının artırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.



