BMU-da süni intellekt mövzusunda master-klass təşkil olunub

25 may 2026
BMU-da süni intellekt mövzusunda master-klass təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri üçün “Rəqəmsal beyin - Süni intellekt” mövzusuna master-klass keçirilib. 

 

Tədbirdə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı tərəfindən süni intellekt texnologiyalarının tətbiq sahələri, bu istiqamətdə son yeniliklər və müasir tendensiyalar barədə məlumat verilib. Bildirilib ki, süni intellekt müasir dövrdə bir çox sahələrin inkişafında mühüm rol oynayır və texnoloji  yeniliklərin əsas istiqamətlərindən biridir. 

 

Eyni zamanda süni intellekt texnologiyalarının təhsil, səhiyyə, sənaye və informasiya texnologiyaları sahələrində yaratdığı imkanlardan bəhs olunub. Tələbələrə bu texnologiyaların gələcək peşə fəaliyyətində və əmək bazarında əhəmiyyəti barədə də məlumat təqdim edilib. 

 

İnteraktiv formatda təşkil edilən master-klass zamanı tələbələrin sualları cavablandırılıb, süni intellektin müxtəlif sahələrdə istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb və mövzu ətrafında müzakirələr keçirilib. 

BMU-da süni intellekt mövzusunda master-klass təşkil olunub | BEU