BMU-da "Məzun günü"
30 iyun 2026
Bu gün Bakı Mühəndislik Universitetində 2025-2026-cı tədris ili üzrə “Məzun günü” keçiriləcək.
Saat 18:00-da universitetin əsas binasının qarşısında təşkil olunacaq tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkillərinin iştirakı nəzərdə tutulur.
Məzunlarımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara gələcək həyatlarında yeni-yeni müvəffəqiyyətlər və parlaq bir gələcək arzulayırıq.
Yolunuz daim açıq, uğurlarınız davamlı olsun!