BMU-da maarifləndirici seminar keçirilib

15 aprel 2026
BMU-da maarifləndirici seminar keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə “ATS Food” MMC-nin əməkdaşlığı çərçivəsində tələbələr üçün növbəti maarifləndirici seminar keçirilib.

 

“Sənaye mühəndisliyi” ixtisasında təhsil alan tələbələrin iştirak etdiyi tədbirdə şirkətin texniki işlər üzrə direktoru Natiq Məmmədov “Yalın istehsal düşüncəsi” mövzusunda çıxış edib.

 

Seminar zamanı tələbələrə müasir istehsalat sistemlərində geniş tətbiq olunan “Lean Manufacturing” (yalın istehsal) prinsipləri barədə məlumat verilib. Eyni zamanda real istehsalat nümunələri əsasında bu yanaşmanın necə tətbiq olunduğu izah edilib.

 

Tədbirin interaktiv hissəsində tələbələr praktiki tapşırıqlar üzərində işləyərək istehsal proseslərində problemlərin müəyyən olunması və onların həlli yollarını müzakirə ediblər.

 

Sonda tələbələrin sualları cavablandırılıb, sənaye-təhsil əməkdaşlığının vacibliyi vurğulanıb.

BMU-da maarifləndirici seminar keçirilib | BEU