BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

4 sentyabr 2026
BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Bakı Mühəndislik Universitetində (BMU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin elektron qeydiyyatı davam edir.

 

Qeydiyyat prosesi avqustun 28-dən etibarən my.gov.az rəqəmsal hökumət platforması vasitəsilə həyata keçirilir. Tam elektron formatda aparılan qeydiyyat zamanı abituriyentlərdən hər hansı kağız sənədin universitetə təqdim olunması tələb edilmir.

 

Hazırda BMU-ya qəbul olunan abituriyentlərin 95 faizi qeydiyyat prosesini uğurla tamamlayıb.

 

Qeyd edək ki, bakalavriat səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyatı 8 sentyabr 2026-cı il saat 18:00-dək davam edəcək.

 

Abituriyentlərin müəyyən edilmiş müddət ərzində elektron qeydiyyat prosesini tamamlamaları vacibdir.

 

Qeydiyyatla bağlı əlavə sualları yaranan abituriyentlər BMU-nun Qeydiyyat Komissiyası ilə həftənin I–V günləri, saat 10:00–17:00 aralığında əlaqə saxlaya bilərlər:

 

Tel.: 050-657-94-55

Tel.: 012-349-99-55

BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir | BEU