BMU “ADEX 2026”da milli tədqiqatlara töhfəsinə görə təltif olunub

5 oktyabr 2026
BMU “ADEX 2026”da milli tədqiqatlara töhfəsinə görə təltif olunub

Bakı Mühəndislik Universiteti (BMU) “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində milli tədqiqatlara dəstək proqramına verdiyi dəyərli töhfəyə və fəal iştirakına görə təşəkkür sertifikatına layiq görülüb.

 

Sentyabrın 30-dan oktyabrın 2-dək keçirilən sərgidə BMU tətbiqyönümlü elmi-tədqiqat fəaliyyətinin nəticələrini və innovativ həllərini nümayiş etdirib. Universitetin stendində müdafiə sənayesində tətbiq imkanlarına malik elmi-tədqiqat nəticələri sərgilənib.

 

Sərgi çərçivəsində BMU-nun laboratoriyalarında aparılan tədqiqatların nəticəsi olan ümumilikdə 11 məhsul və innovativ həll, həmçinin LoRa P2P texnologiyası əsasında hazırlanmış “Loko GPS Tracker” innovativ izləmə sistemi ziyarətçilərin diqqətinə təqdim olunub.

 

BMU-nun “ADEX 2026”da iştirakı universitetdə aparılan elmi-tədqiqatların praktiki yönümlülüyünün, innovativ həllərin sənaye ehtiyaclarına uyğunlaşdırılması istiqamətində görülən işlərin və milli tədqiqat potensialının inkişafına verilən dəstəyin nümayişi baxımından əhəmiyyət daşıyıb.