BMU fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

19 may 2026
BMU fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Bakı Mühəndislik Universiteti (BMU) 2026/2027-ci tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturya qəbul elan edir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsilin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan (II kursda təhsil alanlar da daxil) Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

 

- kadrların şəxsi qeydiyyat vərəqi;

 

- tərcümeyi-hal;

 

- 2 ədəd fotoşəkil (3×4 ölçüdə);

 

- iş yerindən xasiyyətnamə;

 

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

 

- elmi rəhbərin razılıq məktubu;

 

- çap olunmuş elmi əsərlərin təsdiq olunmuş siyahısı (elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır; elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat (rəy verilmiş) təqdim etməlidirlər);

 

- ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);

 

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Müraciət edəcək şəxslər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.

 

Plan yerləri

 

İxtisasın şifriElm sahələri və ixtisaslarFəlsəfə doktoru proqramı üzrə
Doktorantura
CəmiDövlət sifarişli və ödənişli əsaslarla
o cümlədən
əyaniqiyabi
12345
Bakı Mühəndislik Universiteti
1203.01Kompüter elmləri (texnika)1-1
1211.01Diferensial tənliklər1-1
2003.01Maye, qaz və plazma mexanikası11
2220.01Yarımkeçiricilər fizikası1- 1
2306.01Üzvi kimya2 11
2314.01Neft kimyası21 1
2426.01Ekologiya (elm sahələri üzrə)21 1
3305.07İnşaat materialları və məmulatları1- 1
3313.01Maşınqayırma texnologiyası21 1
3327.01Nəqliyyat sistemləri texnologiyası1- 1
3338.01Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)413
3339.01İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi312
3343.01İstilik texnikasının nəzəri əsasları11-
5301.01Daxili fiskal siyasət və dövlət maliyyəsi422
5303.01Mühasibat uçotu2-2
5308.01Ümumi iqtisadiyyat22
5311.01Müəssisələrin təşkili və idarə olunması21 1
5901.01Beynləlxalq münasibətlər11-
6217.01Texniki estetika və dizayn1 -1
6218.01Dekorativ tətbiqi sənət1-1
6401.01Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərbası və rekonstruksiyası1 -1
 Cəmi:361125

 

Elektron sənəd qəbulu üzrə video təlimat:  

https://www.youtube.com/watch?v=RFo4CBu0e0E

 

Sənəd qəbulu üçün başlanğıc tarix: 19 may 2026-cı il

 

Sənəd qəbulu üçün son tarix: 09 iyun 2026-cı il

 

Qəbul qaydaları haqqında əlavə məlumat almaq istəyənlər BMU-nun Magistratura və doktorantura şöbəsinə (rektorluq binası, otaq №109) müraciət edə bilərlər.

 

Əlaqə: (+994 12) 349-99-66 (daxili 1109)

BMU fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir | BEU