Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ixtisas fənnindən doktorluq imtahanı keçiriləcək
17 dekabr 2025

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ilinin qış imtahan sessiyası dövründə 3338.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ixtisas fənnindən doktorluq imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 2026-cı ilin yanvar ayının 15-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının ərizəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- iddiaçı BMU-nun doktorantı (dissertantı) olmadığı halda onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.
İmtahan qaydaları haqqında əlavə məlumat almaq istəyənlər BMU-nun Magistratura və doktorantura şöbəsinə müraciət edə bilərlər.
Əlaqə tel: (012) 349 99 66/67 daxili (1109);
e-mail: doktorantura@beu.edu.az