BMU yataqxanalarına onlayn müraciətlə bağlı tələbələrin nəzərinə!
31 avqust 2026

Bakı Mühəndislik Universitetinin (BMU) yataqxanalarına (oğlanlar və qızlar) onlayn müraciət prosesinə bu gündən start verilir.
Tələbələr aşağıdakı keçidə daxil olaraq müvafiq məlumatları qeyd etməklə müraciətlərini tamamlaya bilərlər:
https://forms.gle/K5K2GCVb8G4t223x7
Müraciətlərin qəbulu 08 sentyabr 2026-cı il saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, müraciətlərə baxılarkən şəhid ailələrinin üzvlərinə və Qarabağ müharibəsi iştirakçılarına üstünlük veriləcək.
Əlavə məlumat üçün oğlanlar yataqxanası üzrə (050) 430 09 79, qızlar yataqxanası üzrə isə (055) 809 57 77 nömrəli telefonlarla əlaqə saxlamaq mümkündür.