BMU təcrübəli mütəxəssisləri əməkdaşlığa dəvət edir
13 fevral 2026

Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrası müxtəlif ixtisasların və ixtisaslaşmaların tədris planları çərçivəsində 2025/2026-cı ilin yaz semestrində aşağıdakı fənləri ingilis dilində tədris edə biləcək təcrübəli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Bakalavriat səviyyəsində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tədris planı çərçivəsində:
1. Rəqəmli idarəetmə (mühazirə 30, məşğələ 15, laboratoriya 30 saat)
2. Proseslərin identifikasiyası (mühazirə 30, məşğələ 15, laboratoriya 30 saat)
Müvafiq texniki ixtisasların daşıyıcısı olan və qeyd edilən fənlərin tədrisi ilə bağlı əməkdaşlıq etmək istəyən mütəxəssislərdən təfsilatlı CV-lərini təcili olaraq rahumbatov@beu.edu.az elektron poçt ünvanına göndərməyi xahiş edirik.