BMU-da vakant vəzifələr üzrə müsabiqə elanı
29 oktyabr 2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Mühəndislik Universiteti kafedralar üzrə aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir.
Kafedra müdiri vəzifəsini tutmaq üçün:
Kafedralar | Vəzifələr | Yerlər |
Kompüter elmləri və süni intellekt kafedrası | kafedra müdiri | 1 |
Riyaziyyat kafedrası | kafedra müdiri | 1 |
Logistika və nəqliyyat kafedrası | kafedra müdiri | 1 |
Xarici dillər kafedrası | kafedra müdiri | 1 |
Professor-müəllim vəzifələrini tutmaq üçün:
Kafedralar | Vəzifələr | Yerlər |
Kompüter elmləri və süni intellekt kafedrası | professor | 1 (0,5) |
Mexanika mühəndisliyi kafedrası | professor | 1 (0,5) |
Kompüter elmləri və süni intellekt kafedrası | dosent | 1 (1,0) |
Xarici dillər kafedrası | dosent | 3 (1,0) |
Logistika və nəqliyyat kafedrası | dosent | 1 (0,5) |
Ekologiya və yaşıl innovasiyalar kafedrası | dosent | 2 (1,0) |
Dizayn kafedrası | dosent | 1 (1,0) |
Avtomatika, telekommunikasiya və energetika kafedrası | dosent | 3 (1,0) |
Maliyyə və mühasibat kafedrası | dosent | 1 (1,0) |
Mexanika mühəndisliyi kafedrası | dosent | 1 (1,0) |
İnşaat mühəndisliyi kafedrası | dosent | 1 (1,0) |
Fizika kafedrası | dosent | 3 (2,5) |
Ümumi fənlər kafedrası | dosent | 2 (1,5) |
Riyaziyyat kafedrası | dosent | 1 (1,0) |
Kompüter elmləri və süni intellekt kafedrası | baş müəllim | 2 (1,0) |
Logistika və nəqliyyat kafedrası | baş müəllim | 1 (1,0) |
Sənaye mühəndisliyi kafedrası | baş müəllim | 1 (1,0) |
Xarici dillər kafedrası | baş müəllim | 1 (1,0) |
Kibertəhlükəszlik və kompüter mühəndisliyi kafedrası | baş müəllim | 1 (0,5) |
Kompüter elmləri və süni intellekt kafedrası | müəllim | 1 (1,0) |
Xarici dillər kafedrası | müəllim | 1 (1,0) |
Azərbaycan dili və pedaqogika kafedrası | müəllim | 1 (1,0) |
Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq seçkinin elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:
1. Kadrlar uçotunun şəxsi vərəqəsi;
2. Tərcümeyi-hal;
3. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
4. Elmi və elmi-metodiki işlərin siyahısı;
5. Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Xırdalan şəhəri, H.Əliyev küçəsi №120, AZ0101, Abşeron, Azərbaycan
Əlavə məlumat üçün:
Tel: +994(012) 349-99-66/67+Daxili nömrə: (1113, 1115, 1117, 1155, 1504)
Fax: (+99412) 349-99-90/91
e-mail: info@beu.edu.az
web sayt: https://beu.edu.az/az