MÜHƏNDİSLİK FAKÜLTƏSİ

  Mühəndislik fakültəsində tədrisin bütün səviyyələrində sənayenin müxtəlif sahələrində çalışacaq mühəndis kadrları hazırlanır. Tədris Azərbaycan, ingilis və rus dillərində aparılır. Fakültə əməkdaşlarının sayı 80 nəfərdən çoxdur ki, onların da 70-dən çoxu professor-müəllim heyətinə aiddir.

  Mühəndislik fakültəsində 17 bakalavr, 9 magistr ixtisası üzrə ümumilikdə 1700-dən çox tələbə təhsil alır. Onların içərisində əcnəbi tələbələr də var.

KAFEDRALAR

Fakültənin tərkibində 7 kafedra fəaliyyət göstərir:

1. Mexanika mühəndisliyi

2. Avtomatika, telekommunikasiya və energetika

3. Fizika

4. Logistika və nəqliyyat

5. Qida və biotexnologiya

6. Sənaye mühəndisliyi

7. Kimya mühəndisliyi

İXTİSASLAR

Bakalavriat səviyyəsi üzrə:

1. 050628 - Mexanika mühəndisliyi 

2. 050622 - Maşın mühəndisliyi

3. 050629 – Mexatronika və robototexnika mühəndisliyi

4. 050607 – Elektrik və elektronika mühəndisliyi

5. 050608 – Energetika mühəndisliyi

6. 050636 – Radiotexnika və telekommunikasiya mühəndisliyi

7. 050634 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

8. 050632 – Nəqliyyat mühəndisliyi

9. 050806 – Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)

10. 050621 – Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

11. 050502 – Biotexnologiya

12. 050635 – Qida mühəndisliyi

13. 050707 – Şərabçılıq

14. 050638 – Sənaye mühəndisliyi

15. 050606 – Ekologiya mühəndisliyi

16. 050618 – Kimya mühəndisliyi

17. 050508 – Kimya

18. 050505 – Fizika

Magistratura səviyyəsi üzrə:

1. 060630 - Mexanika mühəndisliyi

                 - Maşın və mexanizmlər nəzəriyyəsi ixtisaslaşması

                 - Tribotexnika ixtisaslaşması

2. 060628 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi

                 - Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması ixtisaslaşması

                 - Texniki sistemlərdə informasiya və idarəetmə ixtisaslaşması

3. 060630 - Elektroenergetika mühəndisliyi

                 - Elektroenergetika ixtisaslaşması

4. 060623 - Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

                 - Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi ixtisaslaşması

 

  Fakültənin pedaqoji heyətində öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkəmizdə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və beynəlxalq təcrübə keçmiş işgüzar kadrlar da var.

  Fakültə əməkdaşlarının bir qismi təhsil və elmi-tədqiqatla bağlı respublika və beynəlxalq səviyyəli layihələrdə, müxtəlif mübadilə proqramlarında iştirak edib. Bu istiqamətdə işlər dinamik artımla davam etdirilir.

  Mühəndislik fakültəsi geniş maddi-texniki bazaya, müasir tələblərə cavab verən elmi-tədqiqat və tədris laboratoriyalarına malikdir. Yüksəkixtisaslı və işgüzar kadr təminatı sayəsində bu imkanlardan istifadə etməklə bacarıqlı mühəndis hazırlığı həyata keçirilir. Fakültə tələbələrinin əksəriyyəti müasir kompüter proqramlarına, proqramlaşdırma üsullarına, informasiya texnologiyalarına, xarici dil bacarıqlarına yiyələnirlər. Buna görə də fakültə məzunlarının iş tapmaq problemi yoxdur. Son kurslarda artıq tələbələrimizin bir qismi dünyanın nüfuzlu universitetlərində təhsilini davam etdirmək üçün, digər qismi isə ölkədəki müxtəlif sənaye sahələrində işləmək üçün təkliflər alırlar.

  Fakültənin kafedralarında müasir avadanlıq, cihaz və texnologiyalarla təchiz olunmuş auditoriya və laboratoriyalar vardır. Onlardan Yeni nəsil şəbəkələri, Elektronika və mikroprosessor, Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası, Daxiliyanma mühərrikləri və avtomobil, Mexaniki vibrasiya və səs nəzarəti, Təxribatsız sınaq üsulları, Layihələndirmə və adekvat modelləşdirmə, Emal üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və istilik keçiriciliyi, Bərpa olunabilən enerjilər və s. laboratoriyaları xüsusilə qeyd etmək olar.

  Kafedraların maddi-texniki bazası ildən-ilə genişləndirilir. Beynəlxalq layihə çərçivəsində 2021-ci ildə Logistika və nəqliyyat texnologiyalar mühəndisliyi kafedrasında yeni ixtisaslaşdırılmış laboratoriya quraşdırılmışdır.

  Fakültədə müasir kompüterlərlə təchiz edilmiş kompüter sinifləri tələbələrin istifadəsinə verilib. Auditoriyaların əksəriyyəti elektron lövhə və proyektorla təchiz edilib. Buna görə də bütün fənlər üzrə dərslər müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv üsullarla keçirilir.

 

Əməkdaşlarımız

İlkin Rəfiyev

Kafedra: Sənaye mühəndisliyi

Vəzifə: Baş müəllim

Faxrəndə Məmmədova

Kafedra: Avtomatika, telekommunikasiya və energetika

Vəzifə: Baş müəllim

Nazim İsmayılov

Kafedra: Logistika və nəqliyyat texnologiyaları

Vəzifə: Baş müəllim

Mirhəmid Bağırov

Kafedra: Logistika və nəqliyyat texnologiyaları

Vəzifə: Baş müəllim

Məmməd Hüseynov

Kafedra: Sənaye mühəndisliyi

Vəzifə: Baş müəllim

Cavanşir Salmanov

Kafedra: Kimya mühəndisliyi

Vəzifə: Baş müəllim

Şükür Məmmədov

Kafedra: Avtomatika, telekommunikasiya və energetika

Vəzifə: Baş müəllim

Rüstəm Əsgərov

Kafedra: Qida və biotexnologiya

Vəzifə: Baş müəllim

Zülfiyyə Cavadova

Kafedra: Kimya mühəndisliyi

Vəzifə: Baş müəllim

Sakit Niftiyev

Kafedra: Avtomatika, telekommunikasiya və energetika

Vəzifə: Baş müəllim

Sevil İmanova

Kafedra: Sənaye mühəndisliyi

Vəzifə: Baş müəllim

Şahin Orucov

Kafedra: Logistika və nəqliyyat texnologiyaları

Vəzifə: Baş müəllim