İqtisadiyyat və idarəetmə fakültəsi

2016-cı ildən fəaliyyət göstərən fakültədə hazırda əyani formada Biznesin idarə edilməsi, Maliyyə, Mühasibat və İqtisadiyyat ixtisaslarında Azərbaycan və ingilis dillərində, Dövlət və bələdiyyə idarəetməsi, Beynəlxalq ticarət və logistika, Marketinq, Turizm işinin təşkili ixtisaslarında Azərbaycan dilində, qiyabi formada Biznesin idarə edilməsi, Maliyyə, Mühasibat, İqtisadiyyat, Dövlət və bələdiyyə idarəetməsi, Beynəlxalq ticarət və logistika, Marketinq ixtisaslarında Azərbaycan dilində bakalavr, Bеynəlхаlq münаsibətlər və diplоmаtiyа, Qlobal siyasət, Dövlət idarəetməsi, Biznesin təşkili, İqtisadiyyatın tənzimlənməsi, İqtisadi siyasət, Maliyyə menecment və Audit (həm Azərbaycan, həm ingilis dillərində) ixtisaslaşmaları üzrə magistr, Azərbaycan və ingilis dillərində Ümumi idarəetmə, Maliyyə, Azərbaycan dilində Aqrobiznes, İnsan resurslarının idarə olunması, Marketinq və Mühasibat ixtisaslaşmaları üzrə MBA, Müəssisələrin təşkili və idarə olunması, Ümumi iqtisadiyyat və Dövlət maliyyəsi və daxili fiskal siyasət ixtisaslaşmaları üzrə əyani və qiyabi formada doktorantura hazırlığı aparılır. 

 
 
İqtisadiyyat və idarəetmə fakültəsi Bakı Mühəndislik Universiteti fəaliyyətə başladığı dövrdən - 2016-cı ildən fəaliyyət göstərir.
 
Hazırda fakültədə 8 bakalavr, 8 magistratura, 6 MBA və 3 doktorantura ixtisasları üzrə 2157 nəfər tələbə təhsil alır. Tədris bakalavr ixtisaslarında həm Azərbaycan, həm də ingilis dilində aparılır. Fakültədə 76 nəfər professor-müəllim və 9 nəfər texniki-köməkçi heyət olmaqla, 85 əməkdaş çalışır. Fakültənin pedaqoji heyətinə öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, Azərbaycanda və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və ya beynəlxalq təcrübə keçmiş kadrlar da daxildir.
 
Fakültənin maddi-texniki bazası keyfiyyətli kadr hazırlığının həyata keçirilməsini təmin edir. Buraya texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalarla yanaşı, müasir tipli laboratoriyalar daxildir.
 
Müasir tələblərə cavab verən İqtisadiyyat və idarəetmə fakültəsindəki şəffaf mühit və təcrübəli kollektiv respublikada bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə imkan yaradır. Fakültədə iqtisadi təhsilin təşkili və idarəolunması sahəsində dəyərli təcrübə formalaşıb. BMU-da yaradılan mövcud şərait gənc iqtisadçıların hazırlanması prosesinin daha yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.

KAFEDRALAR

Fakültənin tərkibində 4 kafedra fəaliyyət göstərir:

1. Biznesin idarə edilməsi

2. Dövlət və bələdiyyə idarəetməsi

3. İqtisadiyyat

4. Maliyyə və Mühasibat

 

İXTİSASLAR

Bakalavriat səviyyəsi üzrə:

1. Biznesin idarə edilməsi

2. Marketinq

3. Dövlət və bələdiyyə idarəetməsi

4. İqtisadiyyat

5. Beynəlxalq ticarət və logistika

6. Maliyə

7. Mühasibat

8. Turizm işinin təşkili

Magistratura səviyyəsi üzrə

1.   Beynəlxalq münasibətlər

-      Bеynəlхаlq münаsibətlər və diplоmаtiyа

-      Qlobal siyasət

2.   Biznesin idarə edilməsi

- Biznesin təşkil

3.   Dövlət və bələdiyyə idarəetməsi

- Dövlət idarəetməsi

 

4.   İqtisadiyyat

-      İqtisadiyyatın tənzimlənməsi

-      İqtisadi siyasət

 

5.   Maliyyə

-      Maliyyə menecment

 

6.   Mühasibat

-      Audit

 

Biznesin təşkili və idarə edilməsi (MBA)

 - Aqrobiznes

- Ümumi idarəetmə

- İnsan resurslarının idarə olunması

- Maliyyə

- Marketinq

- Mühasibat

Doktorantura səviyyəsi üzrə

1. Müəssisələrin təşkili və idarə olunması

2. Ümumi iqtisadiyyat

3. Dövlət maliyyəsi və daxili fiskal siyasət

 

Əməkdaşlarımız

Nəsimi Kamalov

Vəzifə: Dekan

Zamin Babaşov

Vəzifə: Tədris işləri üzrə Dekan müavini

Vüqar Muradov

Vəzifə: Elmi işlər üzrə Dekan müavini

Rasim Abutalıbov

Kafedra: Biznesin idarə edilməsi

Vəzifə: Kafedra müdiri

Həzi Eynalov

Kafedra: İqtisadiyyat

Vəzifə: Kafedra müdiri

Damət Bağırov

Kafedra: Maliyyə və mühasibat

Vəzifə: Kafedra müdiri

Xanlar Heydərov

Kafedra: Dövlət və bələdiyyə idarəetməsi

Vəzifə: Kafedra müdiri

Sevindzh Alieva

Kafedra: Dövlət və bələdiyyə idarəetməsi

Vəzifə: Professor

Saleh Məmmədov

Kafedra: Maliyyə və mühasibat

Vəzifə: Professor

İntiqam Bəşirov

Kafedra: Biznesin idarə edilməsi

Vəzifə: Dosent

Samir Quliyev

Kafedra: Dövlət və bələdiyyə idarəetməsi

Vəzifə: Dosent

Elçin Süleymanov

Kafedra: Maliyyə və mühasibat

Vəzifə: Dosent