
Tələbələrin nəzəri texniki biliklərini real məhsul və prototiplərə çevirməsinə kömək edir. Komanda şəklində texniki tapşırıqların həlli və sənaye yönümlü proyektlərin hazırlanmasını idarə edir. Layihələrin texniki-iqtisadi əsaslandırılması və prototip sınaqları keçirilir. Tələbələr mühəndislik problemlərinə innovativ və xərc baxımından əlverişli həllər tapırlar. Müxtəlif ixtisaslardan olan tələbələr bir araya gələrək multidissiplinar layihələr icra edirlər. İdeyasını fiziki və ya proqram təminatı şəklində reallaşdırmaq isteyen gənclər üçün idealdır.