
Milli, modern və dünya rəqslərinə həvəsi olan gəncləri bir araya gətirir. Rəqs dərsləri, fləşmoblar və universitetin mədəni tədbirləri üçün rəqs nömrələrinin hazırlanmasını təmin edir. Tələbələr bədən plastikası, ritm hissiyyatı və səhnə hərəkəti bacarıqlarını inkişaf etdirirlər. Fərqli xalqların rəqs mədəniyyəti və mənşəyi haqqında məlumatlar verilir. Komanda şəklində sinxron rəqs kompozisiyaları hazırlanır və tədbirlərdə nümayiş olunur. Rəqsin ritmi ilə enerjisini bölüşmək və səhnədə parlamaq isteyen gənclərin yeridir.