Tələbələrin işlə təminatı üçün imkanlar yaradılır

15 Noyabr 2019
Tələbələrin işlə təminatı üçün imkanlar yaradılır

      Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə iş və karyera departamentinin təşkilatçılığı ilə “Ramco” QSC-nin nümayəndələri universitetin Mühəndislik fakültəsinin İnşaat mühəndisliyi ixtisasında təhsil alan IV kurs tələbələri üçün təqdimat keçiriblər.

     Tədbirdə belə bir təqdimatın ilk olaraq BMU-da keçirildiyi bildirilib və şirkətin fəaliyyəti haqqında ümumi məlumat təqdim edilib. Eyni zamanda, iş təcrübələrinə əsaslanaraq inşaat sahəsində tələbələrə tövsiyələr verilib, indiki biliklərin onlara gələcəkdə necə yararlı olacağından söz açılıb. Şirkətdə yerli inşaat, konstruktor və smeta mühəndislərinin işə cəlb edilməsinə böyük ehtiyac olduğu diqqətə çatdırılıb. 

    Sonra IV kurs tələbələrinə imtahan keçirilib. İmtahanın təşkilində məqsəd istehsalat təcrübəsinin şirkətdə keçirilməsi və təcrübəni uğurla bitirən tələbələrin işlə təmin olunmasıdır. Birinici mərhələdən uğurla keçən tələbələr şirkətdə müsahibə mərhələsinə dəvət ediləcək.

    Qeyd edək ki, “Ramco” QSC-nin fəaliyyətinə boru kəmərlərin tikintisi, su təchizatı, kanalizasiya sistemləri və çirkab su təmizləyici qurğularının tikintisi daxildir. Hazırda şirkət ölkənin müxtəlif bölgələrində bir sıra  lahiyələrin tikintisini  həyata keçirir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər