Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin İngilis dili kafedrasında elmi-metodiki seminar keçirilib.
“Tələbələrin danışıq bacarığını necə inkişaf etdirməli” mövzusuna həsr olunan seminarda dərs prosesində tələbələri motivasiya əsasında danışmağa təşviq etməyin yolları, eyni zamanda tələbələrin dərsə diqqətinin artırılmasında interaktiv oyun, dialoq və debatların təşkilinin əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb.
İngilis dili kafedrasının müdiri, dos. Nərminə Əliyeva mövzu ilə bağlı müxtəlif məsələlərə toxunub, iştirakçılarla interaktiv metoddan yararlanaraq qarşıya çıxan problemləri aradan qaldırmağın yollarını izah edib.
Pedaqoji fakültənin dekanı, dos. Elşad Abdullayev, dekan müavini Kənan Bəşirov, Riyaziyyat kafedrasının müdiri, prof. Rakif Əfəndiyev, həmçinin İngilis dili kafedrasının müəllimlərinin qatıldığı seminarda tələbələrin nitq qabiliyyətlərinin axıcılığının inkişaf etdirilməsinə nail olmağın metodları ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə müxtəlif bacarıqların inkişafı istiqamətində fəaliyyətləri özündə əks etdirən videoçarxlar nümayiş olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi