Rumıniyanın Oradea Universitetinin İqtisadiyyat elmləri fakultəsinin dekanı Alina Badulescu və həmkarı Daniel Badulescu Erasmus+KA1 mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) bir həftəlik təlim xarakterli səfərdə olublar.
Səfər zamanı qonaqlar BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin, İqtisadiyyat və idarəetmə fakultəsinin əməkdaşları ilə görüşlər keçiriblər.
Görüşlərdə Oradea Universiteti və BMU arasında akademik heyət və tələbə mübadiləsi, elmi konfranslarda iştirak, əməkdaşlığın inkişaf etdirilməsi haqqında müzakirələr aparılıb.
Səfər çərçivəsində bir sıra digər görüşlər də keçirən Oradea Universitetinin nümayəndələri BMU-nun tədris binaları, Texnoparkı ilə də yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi