Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Kitab klubu”nun təşkilatçılığı ilə “Kitablardakı gizli zehnimiz” adlı seminar keçirilib.
Seminarda BMU-nun Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi Jalə Zeynallı mövzu ilə bağlı məruzə ilə çıxış edib, kitabların insan zehninə və idrak proseslərinə təsiri, oxu vərdişlərinin gücləndirilməsi, kitab analiz metodları haqqında məlumat verib.
Tədbirdə kitab seçimlərinin insan psixologiyasına, insan psixologiyasının isə kitab seçimlərinə, eləcə də mütaliənin tənqidi və analitik qabiliyyətimizə təsirindən söhbət açılıb.
İnteraktiv formatda davam edən seminarda iştirakçılar kitab oxuma təcrübələrini bölüşüblər, müxtəlif yanaşmalar və fərqli düşüncə tərzləri ətrafında fikir mübadiləsi aparıblar. Praktiki məşğələlər və müzakirələr iştirakçılara kitabları daha dərindən analiz etməyi öyrətməklə yanaşı, oxu mədəniyyətinə fərqli baxış bucağından yanaşmağa imkan yaradıb.
İctimaiyyətlə əlaqələr şöbəsi