“İCB4 standartları çərçivəsində layihə idarə etməsi”nə dair təlim proqramına start verilib

17 May 2022
“İCB4 standartları çərçivəsində layihə idarə etməsi”nə dair təlim proqramına start verilib

Bakı Mühəndislik Universitetində (BMU) Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının (International Project Management Association-IPMA) “İCB4 standartları çərçivəsində layihə idarə etməsi”nə dair təlim proqramına start verilib.

Ali təhsil ocağının Keyfiyyətin təminatı şöbəsinin Elm və innovasiya şöbəsi ilə birgə əməkdaşlığı çərçivəsində  baş tutan təlimlər layihələrin idarə edilməsi üzrə peşəkar təlimçi Rəşad İbrahimov tərəfindən keçirilir.

Proqram çərçivəsində layihənin idarə edilməsi, layihə ofisi və layihə menecerləri, layihə menecerinin praktikası, IPMA üzrə D dərəcəli layihə idarəetmə mütəxəssisi sertifikatlaşmasına hazırlıq modulları kimi önəmli istiqamətlər üzrə təlimlər aparılacaq.

Universitet əməkdaşları üçün  nəzərdə tutulan proqramın müddəti 3 həftədir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər