Gəncə şəhərində Ali təhsildə beynəlmiləlləşmə üzrə komitənin iclasları təşkil olunub

15 Aprel 2024
Gəncə şəhərində Ali təhsildə beynəlmiləlləşmə üzrə komitənin iclasları təşkil olunub

Avropa Komissiyasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Gəncə şəhərində Ali təhsildə beynəlmiləlləşmə üzrə komitənin növbəti iclasları keçirilib. 

15-ə yaxın ali təhsil müəssisəsindən məsul şəxslərin iştirak etdiyi iclaslar Azərbaycan Texnologiya Universiteti (ATU) və Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunub.

ATU-da baş tutan toplantıda komitənin hesabatı dinlənilib. Ardınca təşkilati məsələlərə baxılıb, komitə sədri və sədr müavinləri vəzifələrinə yeni seçkilər həyata keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov Beynəlməlləşmə üzrə komitənin yeni sədri, Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərova və ADPU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova isə sədrin müavinləri seçiliblər.

Beynəlmiləlləşmə üzrə komitənin ADAU-da keçirilən iclasında isə gələcək fəaliyyətə dair ətraflı müzakirələr aparılıb.

Görüşdən sonra qonaqlar ADAU-nun maddi-texniki bazası ilə yaxından tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər