Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı”na (28-29 aprel 2023-cü il) məqalələrin qəbulu davam edir.
Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək konfransa məqalələrin təqdim olunması 12 aprel tarixində başa çatır.
Qeyd edək ki, gənclərin elmə olan marağını daha da artırmağı hədəfləyən konfransın əsas istiqamətləri mühəndislik, xarici ticarət və gömrük xidməti, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləridir.
BMU-da keçiriləcək elmi konfransın proqramı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
İctimaiyyətlə əlaqələr şöbəsi