Fərqlənən tələbələrə sertifikatlar təqdim olunub

24 Dekabr 2019
Fərqlənən tələbələrə sertifikatlar təqdim olunub

Bakı Mühəndislik Universitetinin (BMU) “Economics club” və İNNAB Peşəkar İnkişaf Platformasının əməkdaşlığı çərçivəsində təşkil edilmiş 7 həftəlik “Excel” təlimi yekunlaşıb.

Tədbirin keçirilməsində əsas məqsəd tələbələri peşəkar iş mühitində “Excel” proqramı ilə bağlı bilikləri praktiki şəkildə aşılamaq olub.

İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin iştirak etdiyi təlimlər peşəkar “Excel” təlimçisi Kamal Mustafayev tərəfindən keçirilib.

Qeyd edək ki, yekunda keçirilmiş imtahanda fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər