Elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb BMU-nun tələbəsi qalib olub

14 May 2019
Elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb BMU-nun tələbəsi qalib olub

   Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı İqtisadiyyat Nazirliyi orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan tələbələr arasında "Dünya ticarət sistemi və Azərbaycan: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda keçirdiyi Elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb.

    Müsabiqədə Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət strukturlarında menecment ixtisasının II kurs magistr  tələbəsi Lamiyə Çobanzadə II yerin qalibi olaraq diplom və pul mükafatı ilə təltif olunub.

Digər xəbərlər