Bakı Mühəndislik Universitetinin (BMU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Döş nişanını və vəsiqəni prorektora təqdim edən BMU-nun rektoru Yaqub Piriyev bu münasibətlə Bayram Hüseynzadəyə təbriklərini çatdırıb, ona universitetdəki səmərəli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Bayram Hüseynzadə əməyinə verilən dəyərə görə elm və təhsil naziri Emin Əmrullayevə və göstərdiyi diqqət üçün rektor Yaqub Piriyevə dərin minnətdarlığını bildirib.
İctimaiyyətlə əlaqələr şöbəsi