Distant tədris prosesinin müddəti dekabrın 30-dək uzadılıb

30 Noyabr 2020
Distant tədris prosesinin müddəti dekabrın 30-dək uzadılıb

Azərbaycan Respublikasında distant tədris prosesinin müddəti uzadılıb.

Bununla əlaqədar Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb. Bununla da, ölkə ərazisində distant tədris forması dekabrın 30-dək davam edəcək.

Qeyd edək ki, Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

https://nk.gov.az/az/document/4938/

Digər xəbərlər