BMU-ya qəbul olan tələbələrin diqqətinə: qeydiyyat prosesinin müddəti uzadılıb

06 Sentyabr 2024
BMU-ya qəbul olan tələbələrin diqqətinə: qeydiyyat prosesinin müddəti uzadılıb

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesinin vaxtı 3 gün uzadılıb. 28 avqustdan başlayan qeydiyyat müddəti 6 sentyabr 18:00-da yox,  9 sentyabr saat 18:00-da bitəcək.

Abituriyentlər https://portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə, həmçinin qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Qeydiyyat üçün universitetə gəlməyə heç bir ehtiyac yoxdur.

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər