BMU tələbələri startapları dəstəkləyən proqram haqda məlumatlandırılıb

11 Dekabr 2024
BMU tələbələri startapları dəstəkləyən proqram haqda məlumatlandırılıb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və “SUP.VC” MMC-nin birgə təşkilatçılığı ilə “CulTech” İnkubasiya Proqramı haqqında infosessiya keçirilib.

Tədbirdə inkubasiya proqramının Mədəniyyət Nazirliyi, həmçinin Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə adıçəkilən MMC tərəfindən gerçəkləşdirildiyi bildirilib. Qeyd olunub ki, proqram ölkəmizin yaradıcı gənclərinə və startap sahiblərinə öz layihələrinin təqdimatı, həmçinin qlobal bazara çıxarılması üçün unikal imkanlar yaradır. Bundan başqa, 12 həftəlik proqram çərçivəsində iştirakçılar müxtəlif sahələrdə təlimlərə qatılmaq, mentorluq sessiyaları vasitəsilə layihələrini inkişaf etdirmək fürsəti qazanırlar.

Çıxışlar zamanı startap layihələrinin həm yerli, həm də beynəlxalq miqyasda innovasiya, iş imkanları və texnoloji inkişaf üçün mühüm rol oynadığı nəzərə çatdırılıb, eyni zamanda BMU tələbələrinin startap layihələri haqqında məlumat verilib.

Tədbirdə, habelə müxtəlif mövzulu startaplardan bəhs edilib və tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər