Bakı Mühəndislik Universitetinin (BMU) yeni əməkdaşları üçün oriyentasiya təlimləri təşkil olunub.
Təlimlərdə Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova BMU haqqında geniş təqdimatla çıxış edib.
Universitetlə tanışlıq xarakterli təqdimatdan sonra, əməkdaşlara elektron məlumat sistemi ilə işləmək metodikası, akademik təqvim, elektron jurnalın idarəedilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi qaydalarından geniş bəhs olunub. Bildirilib ki, tələbələrin laboratoriya, kurs işləri, dərsə davamiyyəti, aktivliyini qiymətləndirməyə geniş imkan verən elektron məlumat sistemi tələbə və müəllim məmnuniyyətini yaratmağa xidmət edir.
Şöbə müdiri universitetin elektron idarəetmə sistemi ilə daha ətraflı tanışlıq üçün təlimlərin həm kafedra müdirləri, həm müəllimlər, həm də tyutorlarla ayrı-ayrılıqda davam etdiriləcəyini deyib.
Universitetin Tədris hissəsinin müdiri Ramil Hacıyev də elektron məlumat sisteminin üstünlüklərindən danışaraq müəllimlərin burada diqqət etməli olduğu məqamlara toxunub.
Digər çıxışların ardınca təlim iştirakçılarının sualları cavablandırılıb, onların təklifləri dinlənilib və bu təkliflər istiqamətində müzakirələrin təşkil olunacağı bildirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi