Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova növbəti dəfə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib. O, 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində fəal iştirakına görə bu ada layiq görülüb.
L.Şərifovaya təltifnamə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ATGTİ tərəfindən keçirilən və 2 fevral - Gənclər Gününə həsr olunmuş “Tələbə Gənclər Təşkilatlarının I Strateji Planlaşdırma Forumu” zamanı təqdim edilib.
Qeyd edək ki, BMU-nun TGT sədri 2020-ci ildə də “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilmişdi.
2016-cı ilin fevral ayından fəaliyyət göstərən BMU TGT tələbələrin özlərinin idarəetmə orqanıdır. Qurumun əsas məqsədi tələbələrin hüquqlarının qorunması, maarifləndirilməsi və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi