Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyəti (TEC) ilk dəfə distant formada təlimlərə start verib. Əsasən Mühəndislik, həmçinin Memarlıq və inşaat fakültələrinin tələbələri üçün nəzərdə tutulan “Tədqiqat metodları” adlı ilk təlim Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev tərəfindən keçirilib.
Təlimdə elmi məqalə yazarkən diqqət yetirilməli önəmli faktorlara toxunulub, eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlimə olan çoxsaylı istəkləri nəzərə alaraq limitli sayda digər universitet tələbələrinə və marağı olan şəxslərə də iştirak hüququ yaradılıb.
Qeyd edək ki, TEC yaxın günlərdə İqtisadiyyat və idarəetmə, eləcə də Pedaqoji fakültənin tələbələri üçün təlimlərin həyata keçirilməsini planlaşdırır.
İctimaiyyətlə əlaqələr şöbəsi