Bakı Mühəndislik Universitetinin (BMU) üç müəllimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq “Tərəqqi” medalı ilə təltif edilən təhsil işçilərinin siyahısında yer alıb.
Sərəncama əsasən, BMU əməkdaşları - Peqadoji fakültənin dekanı Elşad Abdullayev, Mühəndislik fakültəsinin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə və Kimya-biologiya kafedrasının dosenti Rəşad Səlimov beynəlxalq fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə təltif ediliblər.
Prezident İlham Əliyev oktyabrın 4-də “Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.
Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən səkkiz təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.
İctimaiyyətlə əlaqələr şöbəsi