BMU-nun müəllimi canlı efirdə Xocalı soyqırımından danışıb

26 Fevral 2020
BMU-nun müəllimi canlı efirdə Xocalı soyqırımından danışıb

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının baş müəllimi, tarixçi alim Arif İbrahimov “Space” radiosunun Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr edilən verilişinin qonağı olub.  

Verilişdə A.İbrahimov Xocalının tarixi, əhalisi, hərbi-strateji mövqeyindən, eləcə də Xocalı soyqırımında ermənilərlə yanaşı, 366-cı motoatıcı alayın, onun ayrı-ayrı yüksək rütbəli zabitlərinin birbaşa iştirakından danışıb. O, həmçinin Xocalı soyqırımının beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən tanınmasından da bəhs edib.

İki saat canlı yayımlanan verilişdə digər qonaqlarla birgə (fəlsəfə üzrə fəlsəfə doktoru Mayıl Yaqub və istedadlı aktrisa Esmira Nəsibova) soyqırımın baş vermə səbəbləri, tarixi faktlar, soyqırımın dünya ictimaiyyətinə tanıdılması üçün aparılan təbliğat kampaniyaları və s. geniş şəkildə müzakirə olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər