Bakı Mühəndislik Universiteti (BMU) Mühəndislik fakültəsinin “Mexatronika və robotexnika” (II kurs) və “Maşın mühəndisliyi” ixtisaslarının (III kurs) bir qrup tələbəsi “Azərtexnolayn” MMC-nin Texniki Avadanlıqlar Zavodunun istehsal müəssisəsində olub.
Mexanika mühəndisliyi kafedrasının müdiri Mahir Bəşirov və Mühəndislik fakültəsinin dekan müavini Vurğun Qəhrəmanovun rəhbərliyi ilə baş tutan ekskursiya zamanı tələbələr polad və çuqun tökmə ilə əlaqədar avtomatlaşdırılmış istehsal prosesini izləyiblər.
Müəssisənin məsul əməkdaşları tələbələri zavod haqqında ətraflı məlumatlandırıb, həmçinin onların suallarına aydınlıq gətiriblər.
Müxtəlif dəzgahların real iş prosesi və texnoloji əməliyyatlarla əyani tanış olan tələbələrin müəssisədə istehsal təcrübələrinin təşkilii, o cümlədən gələcəkdə iş yerlərinin mümkünlüyü kimi məsələlər də nəzərdən keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi