BMU-nun komandası “Məhsul sahibi marafonu”nda təmsil olunur

02 Noyabr 2022
BMU-nun komandası “Məhsul sahibi marafonu”nda təmsil olunur

PASHA Bank”ın tərəfdaşlığı və “SUP. VC” şirkətinin təşkilatçılığı ilə keçiriləcək “Məhsul sahibi marafonu”nun açılış mərasimi olub. Marafonda BMU-nun komandası ilə yanaşı, ümumilikdə ayrı-ayrı ali təhsil ocaqlarını təmsil edən 14 komanda iştirak edəcək.

Tədbirdə çıxış edənlər marafona qatılacaq komandalara uğurlar arzulayıblar. Bununla yanaşı, tədbir zamanı yarışın sonrakı mərhələləri ilə bağlı ümumi məlumatlar verilib və komandaları maraqlandıran suallar cavablandırılıb.

Komandalar startap ideyası üzərində işləyib prototip təqdim etməlidir. Birinci mərhələni uğurla tamamlayan komandalar növbəti mərhələdə birincilik uğrunda mübarizə aparacaq.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər