BMU-nun komandaları Heydər Əliyevin yubileyinə həsr olunmuş spartakiadada uğurlu nəticələr göstəriblər

13 İyun 2023
BMU-nun komandaları Heydər Əliyevin yubileyinə həsr olunmuş spartakiadada uğurlu nəticələr göstəriblər

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşlarından ibarət komandaları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş və ali təhsil müəssisələrinin işçiləri arasında keçirilən spartakiadada uğurlu nəticələr göstəriblər.

Belə ki, BMU-nun komandaları dama yarışlarında II, voleybol yarışlarında III, futbol yarışlarında III, şahmat yarışlarında isə V yeri tutub.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə idmanın 6 növü üzrə keçirilən spartakiadada ölkəmizin 11 aparıcı universiteti iştirak edib.

Spartakiada  ölkə universitetlərinin  əməkdaşları arasında sağlam həyat tərzinin formalaşdırılması, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi, idmanın kütləviliyinin təbliği, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər