Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsininin müəllim və tələbələri İkinci Şəhidlər Xiyabanını ziyarət ediblər.
Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid məzarlarına güllər düzülüb və ruhlarına dualar oxunub.
Ziyarət zamanı şəhid baş leytenant Məcidzadə Teymur Tehran oğlunun məzarı başında anası və yaxınları ilə də görüşüb, şəhid ailəsinə ehtiramlarını ifadə ediblər.
Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik!