BMU müəllimləri beynəlxalq təlimdə iştirak edib

10 Oktyabr 2019
BMU müəllimləri beynəlxalq təlimdə iştirak edib

Estoniyanın Tallin şəhərində Erasmus+ proqramı çərçivəsində növbəti beynəlxalq təlim keçirilib. Tədbirdə Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri Babək Abbasov və həmin kafedranın baş müəllimi Etibar Seyidzadə iştirak edib.

    Avropa Birliyinin  “MAGnUs”  layihəsi  əsasında təşkil olunan təlimin əsas mövzusu “Mobil tətbiqlərin inkişafı və oyun dizaynı” adlı magistr proqramının İsveç, İngiltərə, Estoniya və Portuqaliya təcrübələrinin izahı olub.

    BMU müəllimləri layihə çərçivəsində gerçəkləşdirilən beynəlxalq təlimlərdə  sayca 3-cü dəfədir ki, iştirak edirlər. Əsas məqsəd adıçəkilən magistr proqramını Avropa təcrübəsindən istifadə edərək BMU-da  tətbiq etməkdir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər