Bakı Mühəndislik Universiteti (BMU) və “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyi (Azfina) arasında görüş keçirilib.
Görüşdə BMU-nun Maliyyə və mühasibatlıq kafedrasının müdiri Damət Bağırov, İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov, Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov, BMU Texnoparkın direktoru Vüsal Süleymanlı, həmçinin AzFina-nın icraçı direktoru Azər Əkbərov və tərəfdaş əlaqələri üzrə menecer Ayşən Həsənova iştirak ediblər.
BMU ilə AzFina arasında əməkdaşlıq imkanlarının geniş müzakirəsi məqsədi daşıyan görüşdə maliyyə sahəsində birgə maarifləndirmə, texnologiya və innovasiya layihələrinin təşkili və əməkdaşlığa dair digər məsələlər nəzərdən keçirilib.
Qeyd edək ki, AzFina 2020-ci ilin dekabrında maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən altı qabaqcıl şirkət tərəfindən təsis olunub.