BMU əməkdaşlarının məqaləsi Scopus indeksli jurnalda dərc olunub

18 Mart 2025
BMU əməkdaşlarının məqaləsi Scopus indeksli jurnalda dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının baş müəllimləri Günel Bayramova Mehdiyeva, Pərvinə Kərimova və Günel İsgəndərovanın həmmüəllifi olduğu məqalə beynəlxalq xülasələndirmə, həmçinin indeksləmə sistemlərinə daxil olan Scopus indeksli (ISSN:1832-3669) dövri elmi jurnalda dərc olunub.  

“Linguistic diagnosis of interethnic tension in a polyethnic society: bilingualism, multilingualism, and strategic management in higher education” adlı məqalədə polietnik cəmiyyətlərdə dil siyasəti, ikidilli və çoxdilli akademik mühitlər, eləcə də təhsil idarəçiliyinin qarşılıqlı əlaqəsi araşdırılıb.

Məqalə ilə bu keçiddən tanış olmaq mümkündür: https://ijotkas.com/index.php/ijotkas/article/view/160

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər