BMU əməkdaşının həmmüəllifi olduğu ixtira patent alıb

28 Dekabr 2023
BMU əməkdaşının həmmüəllifi olduğu ixtira patent alıb

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya-biologiya kafedrasının əməkdaşı Rəsul Rəhimovun həmmüəllifi olduğu ixtira patent alıb.

 “İzopren kauçuku əsaslı elastomer qarışığı” adlı ixtiraya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən (a 2022 0090 nömrəli) patent verilib.

Sənədin ekspertizası aparılıb və texniki həllin yeni olduğu, mövcud bilgilər məcmusunda hər hansı bir hissəni təkrarlamadığı müəyyən edilib.

İxtira rezin sənayesinə, xüsusilə izopren kauçukunun əsasında elastomer qarışığına aiddir və kabel texnologiyasında tıxac, lent və amortizator kimi istifadə oluna bilər.

İxtira barədə ətraflı məlumat “Sənaye mülkiyyəti”nin bülletenində çap olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər