BMU əməkdaşına elmi dərəcə verilib

05 May 2025
BMU əməkdaşına elmi dərəcə verilib

Bakı Mühəndislik Universiteti (BMU) Xarici dillər kafedrasının baş müəllimi Sevda Hüseynovaya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Kollegiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Gənc alimin “Müasir ingilis və Azərbaycan ədəbiyyatında yaradıcı şəxsiyyət obrazı” mövzusunda dissertasiya işi həm Azərbaycan, həm də dünya ədəbiyyatında yaradıcı şəxsiyyət anlayışının müasir elmi və fəlsəfi baxışlarla təhlili, komparativ ədəbiyyatşünaslığa, yaradıcı şəxsiyyətin ədəbiyyatda təcəssümü məsələlərinin tədqiqinə əhəmiyyətli töhfə verir.

AAK-ın tövsiyə etdiyi yerli və xarici nüfuzlu elmi jurnallarda dərc olunan elmi araşdırma, həmçinin Azərbaycan, Türkiyə, ABŞ, Fransa, Ukraynada keçirilən  beynəlxalq  elmi konfransların materiallarında işıq üzü görüb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər