BMU əməkdaşı türkdilli ölkələrin elmi konqresində məruzə ilə çıxış edib

15 Noyabr 2024
BMU əməkdaşı türkdilli ölkələrin elmi konqresində məruzə ilə çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Zabitə Teymurlu Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən IV Uluslararası Türk Coğrafiyası Sosial Elmlər Araşdırmaları Konqresinə qatılıb.

Kütahya Türk Ocağı və Alfraqanus Universitetinin təşkilatçılığı ilə baş tutan konqresdə BMU əməkdaşı “Türkdilli xalqların ortaq dil yaddaşı” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda Türk və Azərbaycan dili dialektlərində ortaq alınma sözlərin müəyyənləşdirilməsinə xüsusi yer ayrılıb. Araşdırmanın həm türkdilli xalqların ortaq dil yaddaşını qorumaqda, həm də ortaq dialektoloji lüğətlərin hazırlanmasında faydalı ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, konqresin keçirilməsində əsas məqsəd türk xalqlarının ortaq dəyərləri mövzusunda aparılan tədqiqatları bir mərkəzdə toplamaq, həmçinin sosial elmlər və təhsilin türkdilli ölkələrdəki təsirlərini qiymətləndirməkdən ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər