Bakı Mühəndislik Universitetində (BMU) 8 Noyabr - Zəfər Günü ilə əlaqədar I kurs tələbələri arasında mini futbol turniri keçirilib. Yarışma universitetin İdman şöbəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutub.
Turnirin keçirilməsində əsas məqsəd tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunması, eyni zamanda gələcəkdə universitetlərarası futbol yarışlarında BMU-nu təmsil edəcək hazırlıqlı futbolçular yetişdirməkdir.
4 qrup və hər birində 4 komanda olmaqla dairəvi sistemdə keçirilən oyunlar bir ay ərzində davam edib. Final oyunun nəticələrinə əsasən, ilk yeri “Ayaks” komandası, 2-ci yeri “Qarabağ”, 3-cü yeri isə “Arsenal komandaları tutub.
Qalib komandalar THİK tərəfindən futbol geyim forması və Fəxri fərmanla təltif olunublar.
Yarışlara BMU-nun İdman şöbəsinin müəllim-məşqçisi Rauf Əliyev hakimlik edib. Turnirdə yüksək oyun nümayiş etdirən Fikrət Həsənov və Həsən Abbasov universitetin futbol üzrə yığma komandasının heyətinə cəlb olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi